Pərdə…


Həyatımızdakı pərdələr nədir?
İlk baxışdan sual maraqlı gələ bilər, həyatımıza nəzər yetirdiyimiz zaman bir çox pərdələr ilə qarşılaşarıq. Bu pərdələr bizə bir çox zaman həqiqəti görməyimizə mane olur. Bəs bu pərdə nədir?
Evlərin pəncərəsindən asılan pərdələr bəzən evin içini qoruyar, bəzən gözəl mənzərəni görməyə mane olar. İnsanın da həyatını qoruyan bəzən də həqiqəti və ya reallığı görməsinə də mane olan pərdələr var.
Düşünün ki, maşında yolun sağ tərəfinə baxan biri, sol tərəfdə olan mənzərəni görə bilməz. İnsanda belədir,eyni anda bir neçə şeyə fokuslana bilməz. Bunu üçün birini edərkən birindən güzəştə getməlidir. Sağ tərəfə baxmaq sol tərəfi görməyə pərdə olar. Bəzən insan üçün sağdakı mənzərə faydalı olar, sola baxdığı üçün faydadan məhrum olar. İnsan təbii halı olaraq eyni anda bir neçə məsələyə fokuslana bilmir. Ən önəmlisi fokuslandığı məsələ insanın gələcəyini, iç dünyasını, düşüncələrini inşa edir.
Məqsədimizə çatmağda bəzən, bizə pərdə olan nüanslar olur. Necə ki, evi pəncərəsindən gözəl mənzərəni görmək üçün pərdəni kənara çəkmək lazımdır, bizə əngəl olan pərdələri açmaq lazımdır
Günümüzün pərdələri:
Ətrafımızdakı insanlar
Telefonda izlədiklərimiz
Baxış bucağı
Ətrafımızdakı insanlar ən böyük pərdədir.
Hər bir insanın həyatında daima gündəm olaraq qalmasını istədiyi bir mövzu vardır. Gündəmi istədiyi mövzuda aktiv qalaraq hədəfinə doğru irəliləyər. Halbuki ətrafı onun hədəfinədə olmayan mövzuları gündəm edərək pərdə olar və hədəfinin gündəmdən düşməsinə səbəb olar. Yaxşı bir insan olmağı, gözəl əməllər etməyi özünə hədəf qoyan biri, pis işləri edən bir ətrafda hədəfinə çata bilməz. Pis ətraf, yaxşı insan olmağa pərdə olar.
Bundan necə qurtula bilərik?
Ətrafımızı ortaq hədəfi olan yaxşı insanlarla zənginləşdirmək, özlüyündən pislər yox olacaqdır. Bu zaman yaxşılar pisə pərdə olacaq
Telefon – ikinci dünya olan, dijital dünya.
Ətrafımızdakı insanlar ən böyük pərdədir, həmçinin dijitalda da bizim dünyamız var. Orada izlədiklərimiz, danışdıqlarımız, oxuduqlarımız bizim ətrafımız hesab olunur və bir başa bizim gündəmimizə təsir edir. Real həyatda olduğu kimi burada da, seçici davranıb, yaxşıların sayını artırmalıyıq ki, həyatımızda yaxşıya doğru irəliləsin.
Bizim üçün nəyə qarşı pərdəni açmaq nəyə qarşı pərdəni bağlamaq lazım olduğunu müəyyən edən ətrafımızdır.
Hədisi Şərif – Kişi dostunun dini üzrədir.
Baxış bucağı
Baxış bucağı bizim hansı nöqtəyə və hansı niyyət ilə baxdığımızdır. Şikayət edən, nöqsan axtaran, daim problemi başqasında axtaran insan kənara fokuslandığından özünü görə bilməz. Doğan Cücəloğlunun dediyi kimi, Başqasının qapısının önündəki zibillərə fokuslanan öz qapısını təmizləməyi unudar. Neqativ şəkildə ətrafına baxan insan həm ətrafındakı gözəllikləri görməsinə həm də özünü görməsinə pərdə olar.

Yazan: Fərid Zeynallı

Yorum bırakın

Bir sözüm var

pedaqoji , psixoloji, sosial

WordPress.com ile böyle bir site tasarlayın
Başlayın