Yüksək səsli, gurultulu musiqinin zərərli yan təsirləri


İnsan bədəni və onun hüceyrələri, toxumaları, orqanları və orqan sistemlərinin hər biri müəyyən rezonansa malikdir və onlar müəyyən səs diapazonunda optimal şəkildə fəaliyyət göstərirlər.
İnsan bədənindəki titrəşimlər fiziki,əqli və mənəvi olaraq insan sağlamlığı və tarazlığı üçün vacib olan təbii səs modelini yaradır.
Səs mühiti beynin sinir sistemini idarə etmək, milyardlarla sinir impulslarını göndərmək və qəbul etmək, siqnalları zehni görüntülərə çevirmək və məlumatı emal etmək qabiliyyətində mühüm rol oynayır.
Səslər beynin yaratdığı zehni təsvirlərə dərindən təsir edərək qavrayışı və reallıq anlayışını dəyişə bilər.
İstər iradi istərsə də qeyri-iradi olaraq insanın daxili ritminə uyğun gəlməyən səslərə məruz qalması stress, gərginliyə , yorğunluğa səbəb ola bilər.
Narahat edici səslərin mənfi təsirlərinə aşağı enerji səviyyələri, işdə zəif performans, peşə səhvləri və dəqiq qərarlar qəbul edə bilməmək daxildir. Səslər nə qədər yüksək olarsa, onların təsirləri bir o qədər zərərli və bariz olar. Professor Bart Billings, said: “Long term exposure to excessive levels of high intensity, low frequency sound, such as that produced by highly amplified bass music or heavy metal, airplanes, racing cars, battle field noise, and others can not only be physically harmful, but can cause complications that can lead to death.
(Klinik psixoloq, professor Bart Billinqs dedi: “Yüksək gücləndirilmiş bas musiqisi və ya ağır metal, təyyarələr, yarış avtomobilləri, döyüş sahələrində səslər və digərləri tərəfindən istehsal olunan yüksək intensivlikli, aşağı tezlikli səslərə uzun müddət məruz qalma yalnız fiziki cəhətdən deyil, həmçinin də ölümlə nəticələnə biləcək fəsadlara səbəb ola bilər. )
Təbii səslərin yaratdığı tezliklə uyğun olmayan musiqiyə qulaq asanda bədən bu narahatedici səsləri təhlükə kimi qəbul edir və bu səslərə reaksiya verir. Bədəni gözlənilən təhlükədən qaçmağa və ya döyüşə girib hücumdan qorunmağa hazırlamaq üçün “döyüş və ya qaç” reaksiyası işə salınır.
Qan təzyiqini, nəbz sürətini və qan xolesterinin səviyyəsini yüksəldən stress hormonları, adrenalin və kortizol ifraz olunur.
Bu hormonlar bədən döyüşə girdikdə və ya hücuma məruz qaldıqda faydalı və zəruridir, çünki qan axını qol və ayaqlardakı əzələlərə yönəldir və fiziki çətinlik zamanı bədəni oksigenlə təchiz edir. Həmçinin,qan laxtalanması atır beləliklə sürətli qan laxtalanması düyüşdə yaralanan zamanı qanaxma nəticəsində ölümdən qoruyur. Bu reaksiya həyat xilas edə bilər, ancaq həqiqətən lazım olduqda. Digər tərəfdən, bu hormonlar uzun müddət bədəndə dolandıqda, xüsusən də real fiziki təhlükə olmadığı zaman insan sağlamlığına zərər verə bilər.
İnsan ağrı hiss etdikdə beyin endorfinləri buraxır; Təbii ağrıkəsici və uyuşdurucu kimi fəaliyyət göstərən hormona bənzər maddələr.
Endorfinlər rahatlıq və rifah hissi yaradır.
Yüksək səsli musiqi bədənin hər bir hüceyrəsinə təsir edir və bədəndə ağrı hissi ilə bərabər reaksiya yaradır.
Endorfinlərin ifrazı sakitlik, rahatlıq və həzz hissi ilə müşayiət olunur.
Tədqiqatçı Dr. Uilyam Qlasserin “Müsbət Asılılıq” kitabında qeyd etdiyi kimi, yüksək səsli musiqiyə aludəçilik belə başlayır.
Endorfinlər gənclərin yüksək səsli musiqiyə olan aludəliyini və bəzilərinin hər gün bir neçə saat onu dinləməyə davamlı meylini izah edə bilər.
Yavaş-yavaş səsi daha da artırırlar ki, siz yanınızda oturan gənc şəxsi qulaqlıqdan istifadə etsə belə, onun dinlədiyi musiqini aydın eşidə bilərsiniz. Musiqi istehsal edən şirkətlər yüksək intensivlikli, aşağı tezlikli səslərin asılılıq yaradan mahiyyətindən xəbərdardır və bu musiqi növünü 16-25 yaş arası və bu cür səsyazmalardan ən çox həzz alacaq insanlara satırlar.
Yüksək səsli, ağır metal musiqisinin insan sağlamlığına, xüsusən də qulağa mənfi təsirləri genişdir.
Daxili qulaq gələn səslərdən gələn titrəmələri səsləri aşkar etmək və onların nə olduğunu ayırd etmək üçün beynə göndərilən elektrik siqnallarına çevirən minlərlə kiçik tük hüceyrəsini ehtiva edir.
Çox yüksək səslər bu saç hüceyrələrinə zərər verə bilər və zədələndikdən sonra onları bərpa etmək və ya dəyişdirmək mümkün deyil. Vaxt keçdikcə çox yüksək səslə musiqi dinləmək eşitmə itkisinə və qulaqlarda və ya başda cingiltiyə səbəb ola bilər.
Yaponiya Milli Fiziologiya Elmləri İnstitutu və Almaniyanın Muenster Universiteti arasında aparılan birgə araşdırmada tədqiqatçılar uzun müddət qulaqcıqlar vasitəsilə yüksək səslə musiqi dinləmənin qulaqda və səsləri ayırd etmək bacarığında beynin sinirlərində dəyişikliklərə səbəb ola biləcəyini nümayiş etdirdilər. Kortizol hormonunun uzun müddət artan ifrazı orqanizmə daha bir mənfi təsir göstərir; Beləliklə, yaddaş itkisinə səbəb ola bilər.
Almaniyada aparılmış bir tədqiqat göstərirdi ki, ağır metal musiqi sevərlər arasında xatırlama 15 ilə 60 faiz aralığında azala bilər. 600 nəfər arasında aparılmış başqa bir tədqiqatda nadirən musiqiyə qulaq asanlarda yaddaş itkisi 4 faiz olduğu gösterildiyi halda onlar eyni yaş aralığında olub tez-tez yüksək səsli musiqiyə qulaq asan insanlarda 21 faiz yaddaş itkisi olduğu göstərilmişdir.
Neyroendokrinoloq və Stanford Universitetinin professoru Dr.Robert Sapolski adrenalin və kortizolun sərbəst buraxılmasının yaddaş itkisinə səbəb olduğu fenomeni izah edir. Stress hormonları qan şəkərini bədəndəki böyük əzələlərə yönəldir. Bu, xatırlamadan yüksək dərəcədə məsul olan beynin hipokampus adlanan bölgəsinə qan şəkərini səviyyəsi azaldır.
Buna görə də, davamlı olaraq yüksək səslə musiqi dinləmək öyrənməni və beyində məlumat saxlamaq və əldə etmək qabiliyyətini zəiflədə bilər.
Britaniya Kral Akademiyasının apardığı araşdırmaya görə, beynəlxalq miqyasda 14-24 yaş arası 75.000-ə qədər gənc yüksək səsli, gurultulu musiqiyə aludəçilik nəticəsində dünyasını dəyişib. İngiltərə Kral Musiqi Akademiyasından professor Frederik Harms psixoloji pozğunluğu olan 6550 xəstəni müayinə edib və bildirib ki, həyatın təzyiqləri bəzi gənclərdə ümidsizlik vəziyyəti yarada bilər və bu, onları saatlarla yüksək səslə musiqi dinləməyə sövq edə bilər. Bu gənclərdə tez-tez psixoloji qeyri-sabitlik, yuxusuzluq, iştahın azalması, sosial təcrid, zəif immun sistemi və bəzi hallarda ölümlə nəticələnə bilən sinir böhranı inkişaf edir. Güclü musiqi həm də ana bətnində olan dölün sağlamlığına və normal beyin inkişafına böyük təsir göstərir. Şübhəsiz ki, yüksək səslə musiqi dinləmənin insan ruhuna təsiri, insanı Yaradanın təsbihindən necə uzaqlaşdırdığı, bir parçası olduğumuz təbii kainatdan necə uzaqlaşdırdığı da araşdırılmalıdır. Yüksək səsli musiqiyə pərəstiş dağıdıcı xəstəlikdir. Cəmiyyətimizdə bu təsirlər barədə məlumatlılığın və anlayışın artırılması bizə yaxınlarımızın fiziki, əqli və mənəvi sağlamlığını və canlılığını qorumağa kömək edə bilər.
Müəllif: Doktor Valid Fitaihi
Tərcümə edən: Nisa

Yorum bırakın

Bir sözüm var

pedaqoji , psixoloji, sosial

WordPress.com ile böyle bir site tasarlayın
Başlayın